23 Oktyabr 2014 14:58
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Boeing” təyyarə şirkəti 35 il fasilədən sonra İranla ticarətinə yenidən başladığı bildirilib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üç aylıq dəyərləndirmə hesabatından sonra “Boeing” İranın “İran Air” hava yolu şirkəti ilə bəzi təyyarə hissələrinin satışını həyata keçirməklə bağlı qərar qəbul edib.

İranın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya ilə apardığı danışıqlar çərçivəsində ABŞ Maliyə Nazirliyi verdiyi açıqlamada, ölkənin “Boeing” və “General Electrice” böyük təyyarə şirkətlərinə İranla bəzi qısamüddətli ticarət aparmağı üçün icazə verib.

Qeyd edək ki, ABŞ-la İran arasında ticarət əlaqələrinin ləğv tarixi 1979-cu ildən başlayır. Bu zaman 52 amerikalı 444 gün ərzində Tehrandakı ABŞ səfirliyində girov saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər