26 Yanvar 2021 22:35
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə, Rusiya və İran Dağlıq Qarabağın iqtisadi inkişafına maraq göstərir”.
Teleqraf.com xəbər verir ki, bunu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündə Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“İranın bu layihələrdə iştirak etmək istəyəcəyinə şübhə etmirik. Rusiya da iqtisadiyyat və nəqliyyatdakı maneələri aradan qaldırmaq üçün razılaşmalardan irəli gələn səylərdə birbaşa iştirak edəcək. Bununla əlaqədar konkret addımlar atıldı, Rusiya, Ermənistan və Azərbaycanın baş nazirləri müavinləri, millət vəkilləri səviyyəsində tezliklə ilk iclasını keçirəcək üçtərəfli mexanizm qurulub. Rusiya, İran və Türkiyə, eləcə də digər ölkələr bölgədə iqtisadiyyatın canlanmasında iştirak etmək istəyir”, - Lavrov qeyd edib.
Lavrov qeyd edib ki, son zamanlar Rusiya, Türkiyə və İran yeni reallıqlardan çıxış edərək, bölgədə yeni münasibətlərin qurulması səylərini gücləndirir.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər