29 Yanvar 2021 21:54
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Prezidenti Ram Nat Kovind Çinlə sərhədlərə əlavə hərbi qüvvə göndərdiyini açıqlayıb.

Teqraf.com xəbər verir ki, Kovind ölkənin suverenliyini qorumaq üçün “de-fakto nəzarət xətti"nə - sərhəd bölgəsində daha çox hərbi qüvvə yerləşdirildiyini bildirib.
Prezident Hindistanın suverenliyini qorumaq üçün təhlükəsizlik tədbirlərinin bundan sonra da gücləndiriləcəyini söyləyib.
Hindistan Xarici işlər naziri Subraxmanyam Jaşanxar dünən sərhədlərə hərbi qüvvə yığmaq və istehkam qurmaqda ittiham etdiyi Çinlə münasibətlərin keçən il ölümcül bir qarşıdurma ilə pozulduğunu demişdi.
İki ölkə arasında Himalay dağları ilə əhatə olunmuş qeyri-müəyyən sərhəd xətti Çin və Hindistan arasında suverenlik mübahisələrinə səbəb olur. Dərələri, gölləri, buzlaqları və qarlı zirvələri olan 3500 kilometrlik sərhəd tez-tez tərəfləri üz-üzə qoyur.

Pekin Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadratkilometr ərazinin, Yeni Dehli isə Aksay Çin yaylalarını əhatə edən 38 min kvadratkilometr ərazinin Çin tərəfindən işğal olunduğunu iddia edir.

Tərəflər uzun illər davam edən danışıqlara baxmayaraq suverenlik mübahisələrini həll edə bilmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər