29 Yanvar 2021 19:27
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın paytaxtı Delhidə İsrail səfirliyinin yaxınlığında partlayış törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində səfirliyə məxsus bir neçə avtomobilə ziyan dəyib.

Xəsarət alan olmayıb. Polisin məlumatına əsasən, partlayış kustar üsulla hazırlanmış partlayıcı ilə törədilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər