ABŞ-ın "Novavax" əczaçılıq şirkətinin Praqa yaxınlığında yerləşən zavodunda koronavirus peyvəndinin seriya istehsalına və dünya bazarına çıxarılmasına başlanmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş məlumat verib.
Onun sözlərinə görə, Çexiyada yerləşən Novavax zavodundan dünya bazarına peyvəndin şatışa çıxarılması aprel ayında başlamalıdır: "Bu, aldığım ən son məlumatdır".
Baş nazir vuğylayıb ki, dərman hazırda Böyük Britaniyada sınaqdan keçirilir. Effektivliyi təxminən 90 faiz təşkil edir.