8 Fevral 2021 23:56
3 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz heç vaxt İran cəmiyyətində bu qədər narazılıq görməmişik”.

Teleqraf.com “Anadolu”-ya istinadən xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

Məlumata görə, keçmiş prezident Qum şəhərində keçirdiyi bir görüşdə ölkə rəhbərliyini tənqid edib:

“Bu gün küçələrə çıxsanız, hər şeydən əvvəl insanların (rəhbərlikdən) narahatlığının çox yüksək olması diqqət çəkəcək. Həyatımızda heç vaxt cəmiyyətdə bu qədər narazılıq görməmişik”.

Əhmədinejad İran rəhbərliyinə etiraz edən insanların asanlıqla “anti-inqilabçı” olaraq günahlandırıldığını deyib: “Bu gün cəmiyyət hamısı etiraz edir. Bütün insanlar inqilaba qarşı çıxırmı?”.

Əhmədinejad inqilaba qarşı çıxanların vəzifələrini yerinə yetirməyən rəhbər şəxslər olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər