9 Fevral 2021 12:06
3 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran nüvə anlaşması üzrə öhdəliklərini yerinə yetirsə, ABŞ da bunu edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Jen Psaki deyib.

“İran öhdəliklərini tam olaraq yerinə yetirərsə, Amerika da bunu edəcək və daha sonra digər əlaqəli sahələri əhatə edən daha böyük və daha güclü bir anlaşma imzalamaq üçün bir platforma olaraq istifadə edəcək”, - Psaki vurğulayıb.

Ağ Evin sözçüsü ABŞ Prezidenti Co Baydenin ötən gün verdiyi açıqlamaya da aydınlıq gətirib: “Düşünürəm ki, böyük bir siyasət dəyişikliyi elan etsəydik, bunu başqa cür edərdik. “Ümumiyyətlə, Baydenin mövqeyi olduğu kimi sabit qalır”.

Psaki ABŞ-ın əvvəlkindən də daha güclü bir müqavilə imzalaya biləcəyini da diqqətə çatdırıb.

O, Bayden administrasiyasının mövqeyinin kifayət qədər açıq olduğunu söyləyib: “Nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə yerinə yetirib-yetirməmək İranın biləcəyi işdir, bundan sonra müzakirələri irəliyə apara bilərik”.

Bayden ötən gün verdiyi açıqlamada bildirib ki, yenidən müzakirələrə başlamaq üçün İran əvvəlcə uranın zənginləşdirilməsini dayandırmalıdır.

Onun sözlərinə görə, İran hökuməti uranın zənginləşdirilməsini dayandırmayana qədər ABŞ bu ölkəyə qarşı sanksiyaları ləğv etməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər