9 Fevral 2021 22:27
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya təhlükəsizlik orqanları Prezident Aleksandr Vuçiçə qarşı hazırlanmış sui-qəsdin qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Serbiya Kriminal Polis Departamenti məlumat yayıb.

Departamentin rəhbəri Boqdan Puşiç aralarında siyasətçilərin də olduğu böyük bir cinayətkar şəbəkənin Prezident Vuçiçi qətlə yetirməyə cəhd göstərdiyini açıqlayıb.

Puşic Stefan Naman abidəsinin açılışında ölkə liderini qorumaq üçün 850 polisin əraziyə cəlb olunduğunu bildirib. O, cinayətkar şəbəkənin ələ keçməsi üçün aparılan əməliyyatların 6 ay davam etdiyini söyləyib.

O, bunu “tarixin ən böyük cinayətkar təşkilatı” adlandırıb: “Təşkilatın qaldığı məkana girəndə itkin düşmüş şəxslərin bədənlərinin parça-parça edildiyini gördük. Tarixin ən böyük cinayət təşkilatı ilə üz-üzəyik. Onlar həqiqətən vəhşidirlər. Onları zərərsizləşdirmək böyük uğurdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər