Türkiyədə koronavirusla bağlı bu gün müşahidə edilən vəziyyət açıqlanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 93 nəfər koronavirusdan ölüb.
Gün ərzində 123 min 305 COVID-19 testi aparılıb, onlardan 7 min 706-sı müsbət çıxıb.
7 min 215 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 468 min 419-a yüksəlib.
Ümumi test sayı 31 milyon 412 min 611-ə çatıb. Yoluxmanın ümumi sayı 2 milyon 579 min 896-dır. Pandemiyadan indiyədək 27 min 377 nəfər ölüb. Ağır xəstə sayı 1235 nəfərdir.