19 Fevral 2021 12:23
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsindən sonra Suriyada hərbi fəallıq artmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Rusiya və Əsəd rejimi son iki gündə Türkiyə Silahlı Qüvvələrinin terrordan təmizləndiyi Əl-Baba 300-dən çox hərbi maşın və 1200 canlı qüvvə göndərib.

Məqalədə qeyd edilib ki, Türkiyə, İran və Rusiya Soçidə keçirilən son görüşdə Suriyada atəşkəsin davam etdirilməsi barədə razılaşsa da, Əl Bab və Serablus istiqamətində vəziyyət həyəcanvericidir. Həftələrdir bölgədəki bəzi mövqeləri vuran Əsəd rejimi və Rusiyanın dəstəklədiyi silahlı qüvvələr son bir neçə gündə Əl-Baba hərbi yüklər daşıyır. İdlibin cənubundan çıxan qüvvələr Əl-Baba gəlib.

Suriya Azadlıq Ordusunun sözçüsü Yusif Həmud bölgəyə hərbi qüvvələrin göndərilməsi ilə bağlı iddianı təsdiqləyib.

Rusiyaya bağlı briqada generalı Süheyl Həsən və general Saleh əl-Abdullahın komandanlığı altında yeni yaradılan birliyin bölgəyə göndərilməsi ilə əlaqədar faktlar ərəb mətbuatında yayımlanıb. Yerli mənbələr son konvoyun tanklar, müxtəlif səhra silahları, “Qrad” qurğuları və zirehli personal daşıyıcıları da daxil olmaqla 300-dən çox hərbi maşından ibarət olduğunu bildirib. Təyyarələr əleyhinə silahlar da daxil olmaqla bölgəyə təxminən 1200 canlı qüvvə gəlib.

Mənbələr qeyd edir ki, Rusiya bir müddətdir bölgədə yeni hərbi hissə qururdu. Əsasən Suriyalılardan ibarət birliyı general Saleh əl-Abdullah rəhbərlik edir. Yeni birliyin ilk xidməti yerinin Türkiyə və suriyalı müxaliflətin nəzarətindəki Əl-Bab olması isə diqqət çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər