26 Oktyabr 2014 07:19
844
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiyanın cənubunda, Nonoiti şəhərində kilsənin yanması nəticəsində ikisi uşaq olmaqla, azı 4 nəfər ölüb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın monoteist Tenrikyo dininə məxsus kilsədə baş verib. Hadisənin təfərrüatları, ölən və yaralananların dəqiq sayı müəyyənləşdirilir.

Tenrikyo dini XIX əsrdə Yaponiyada meydana gəlib. Dünyada bu dinin 2 milyona yaxın məsləkdaşı var, onların əksəriyyəti Yaponiyada yaşayır.


Müəllif:

Oxşar xəbərlər