27 Fevral 2021 22:11
3 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə NATO-nun Quru Qüvvələri Komandanlığı sosial media hesablarında komandolarla (mavi bərəlilər) bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, türkcə və ingiliscə edilən paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb.

"Mavi bərəlilər türk müttəfiqlərimizin elit piyada sinfidir. Mavi bərəli komandolar terrorla mübarizə, sərhəd təhlükəsizliyi və əraziyə nəzarət əməliyyatlarında xüsusi quru qoşun növləridir", - deyə vurğulanıb.


Müəllif: Teleqraf.com