ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo keçmiş dövlət başçısı Donald Trampın namizədliyini vermədiyi təqdirdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını istisna etməyib.
Teleqraf.com xəbər verir ki, o bu barədə “Fox News”a müsahibəsində danışıb.
“Hər zaman döyüşməyə hazıram. Amerikanı dərindən düşünürəm”, -Pompeo seçkilərdə mümkün iştirakı barədə suala cavab verib.
Bundan əvvəl “Blumberq” Donald Trampın 2024-cü ildə ölkə prezidentliyinə namizəd olma planları barədə məlumat vermişdi.