Əfqanıstanın paytaxtı Kabil şəhərində İran səfirliyinə məxsus avtmobil naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, naməlum silahlı şəxslər küçədə hərəkətdə olan İran səfirliyinə məxsus avtomobilə odlu silahlardan bir neçə dəfə atəş açıblar.
Atəş nəticəsində avtomobil yolkənarı maneələrə çırpılaraq dayanıb. Hücumda 1 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.
Hücumçular hadisə yerindən qaça biliblər. Yaralı şəxsin İran diplomatlarından olub-olmaması və onun kimliyi barədə hər hansı bir məlumat verilməyib.
Faktla bağlı aradırma aparıldığı bildirilib.