27 Oktyabr 2014 22:15
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Suriya və İraqda terror təşkilatı IŞİD-in mövqelərinə 11 yeni hava hücumunun təşkil edildiyini bildirib.

Teleqraf.com-un “TRT Haber”-ə istinadən məlumatina görə, CENTCOM-dan verilən açıqlamada ABŞ qüvvələrinin dünən və bu gün Suriyadakı İŞİD döyüşçülərinə qarşı döyüş və bombardman təyyarələri ilə dörd hava hücumu təşkil etdiyi bildirilib. Bununla yanaşı, ABŞ və koalisiya qüvvələri pilotsuz təyyarələrin köməyi ilə təşkilatın İraqdakı hədəflərinə daha yeddi hava hücumu həyata keçiriblər.

Suriyada Kobani yaxınlığında təşkil edilən dörd hücumda İŞİD-in beş nəqliyyat vasitəsi və terrorçuların cəmləşdikləri bir bina vurulub.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər