Bağdadın mərkəzində güclü partlayış olub.
“Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.
Reuters agentlyinə istinadən verdiyi xəbərə görə, İraq paytaxtında insanların sıx yaşadığı məhəllədə minalanmış avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb.
BMT-nin məlumatına əsasən, sentyabr ayında Bağdadda 352 nəfər terror aktlarının qurbanı olub, minə yaxını xəsarət alıb.
Bundan əvvəl Bağdaddakı restoranlardan birində partlayış nəticəsində 21 nəfər , məsciddə törədilən terror aktı nəticəsində isə azı 11 nəfər ölmüşdü.