BMT-nin Baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə Ebola xəstəliyinin yayıldığı ölkələrdən dönən könüllülərə lazım olan hörmətin göstərilməsi, cəmiyyətdən təcrid edilməməsi çağırışı ilə müraciət edib.
Teleqraf.com-un “TRT Haber”ə isitnadən məlumatına görə, Efiopiyanın paytaxtı Addis Ababada Dünya Bankının rəhbəri Jim Yong King ilə təşkil etdiyi ortaq mətbuat konfransında "Afrika, Ebola ilə mübarizədə tək buraxılmamalıdır" deyib.
O, Afrika qitəsindəki barış və sabitliyin əhəmiyyətinin vurğulayaraq, bölgəyə etdiyi ziyarətin sabitlik, barış və inkişafı təmin etmək üçün beynəlxalq cəmiyyətin səylərini dəstəkləmə mənası daşıdığını diqqətə çatdırıb.
Nail Cəlil