Türkiyədə son 24 saat ərzində 189 906 nəfərdə COVID-19 testi keçirilib.
Teleqraf.com xəbər verir ki, ölkədə günlük yoluxma sayı 20 428 nəfər təşkil edib. Sutka ərzində 17 615 nəfər xəstəlikdən sağalıb. 102 nəfər isə koronavirus səbəbindən vəfat edib.
Hazırda ölkə xəstəxanalarında 1568 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.