26 Mart 2021 11:00
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Dövlət Şurasının başçısı Məhəmməd Yunis əl-Mənfi bu gün Prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edir.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının açıqlamasına görə, Liviya Dövlət Şurasının fəaliyyətə başlamasından sonra Türkiyəyə ediləcək ilk səfərdə Liviya-Türkiyə münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.

Əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi istiqamətində ələ alınacaq mövzularla yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər