26 Mart 2021 16:05
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya qlobal gərginliyi atıran addımlarını davam etdirir. Rəsm Pxenyan ötən gün həyata keçirdiyi raket testlərini edərək “uğurla test etdik” açıqlamasını verib.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya 1 illik fasilədən sonra balistik raket testlərini etməklə dünyanın diqqətini çəkib.

Hətta sonuncu testi “yeni silah testi” kimi təqdim edilib.

Ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən açıqlanan xəbərdə “yeni tip taktiki raketlərin” təcrübədən keçirildiyi bildirilib. Qeyd edilib ki, Şimali Koreya lideri Kim Çin In bu prosesdə iştirak etməyib.

Bildirilib ki, yeni taktiki raket sınaqları ölkənin şərq hissəsində həyata keçirilib:

“Bu silah sisteminin inkişaf etdirilməsi ölkənin hərbi gücünü artırmayıb, amma Koreya yarımadasında hər cür hərbi təhdidlərə qarşı böyük əhəmiyyət daşıyır”.

Xatırladaq ki, ötən gün Yaponiya və Cənubi Koreya Şimali Koreyadan iki ədəd raket atıldığını bildirmişdi. Raketlərin birinin yerli saatla 07:00-dan qısa müddət sonra, ikincisinin isə 20 dəqiqə fasilədən sonra atıldığını bəyan etmişdi. 430 kilometr məsafə qət edən raketlər gəmi və təyyarələrə hər hansı zərər verməyərək Yapon dənizinə düşmüşdü.


Müəllif: Cavad

Oxşar xəbərlər