27 Mart 2021 01:16
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 23 987 nəfərin yoluxduğu təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 457 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 107 256 nəfərə çatıb. Ölkədə hazırda 566 711 aktiv koronavirus xəstəsi var, onlardan 3628-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 488 619 nəfərdən 2 814 652 (son sutkada 19 764 nəfər) sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər