Misir paytaxtı Qahirənin şərqindəki Süveyş Körpüsü küçəsində 10 mərtəbəli bina bəlli olmayan səbəbdən çöküb. İlkin xəbərlərə görə, 8 nəfər vəfat edib, 29 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə şahidləri dağıntıların altında daha çox insanın qaldığını deyiblər.
Qahirə valisi general Xalid Əbdül deyib ki, çökən binaya bitişik binaların araşdırılması və bundan sonra dağıntların aradan qaldırılmasına başlanılacaq.
Qeyd edək ki, ötən gün Misirdə meydana gələn qatar qəzası zamanı 32 nəfər ölüb, 165 nəfər yaralanıb. Bundan bir gün əvvəl isə Misirin nəzarət etdiyi Süveyş kanalı faktiki fəaliyyətini dayandırıb.