29 Mart 2021 22:39
120 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Strateji Komandanlığının (STARTCOM) Tvitter hesabında paylaşılan bir tvit müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, “;l;;gmlxzssaw,” şəklində olan tvit yanlışlıqla ABŞ-ın nüvə silahlarının şifrəsinin paylaşıldığı iddiasının yayılmasına yol açıb.
Tvit yarım saat hesabda qaldıqdan sonra silinib.

STRATCOM sonrakı paylaşımında baş verənlərə görə üzr istəyib: “Qarışıqlıq üçün üzr istəyirik. Xahiş edirik, bu paylaşımı ciddiyə almayın”.
Texnologiya bloqqeri Ceyn Mançun STARTCOM-un paylaşımına ironiyalı cavab verib və nüvə fəlakətinin qapıda olduğu zarafatını edib: “Hər kəslə vidalaşmaq vaxtı çatdı. Dostlarımı və ailəm üçün darıxacağam”.

Sosial şəbəkə hesabında cəmi 30 dəqiqə qalan paylaşım saatlarla davam edən müzakirələrə yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər