2 Aprel 2021 21:56
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada polisə hücum edən ABŞ vətəndaşı Trevor Ridin Amerikanın keçmiş prezidenti Barak Obamanın keçmiş mühafizəçisi olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Ridin ailə üzvləri bu barədə CNN-ə danışıb.

Rid dəniz qüvvələrində xidmət etdiyi vaxt ABŞ-ın keçmiş prezidentinin iqamətgahında işlədiyini bildirib. Atası Co Rid oğlunun Moskvada məhz bu səbəbdən həbs edildiyini söyləyib.

Ötən il iyulun 30-da Moskva məhkəməsi Trevor Ridi 9 il həbs cəzasına məhkum edib. 28 yaşlı amerikalı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (“Hökumət nümayəndəsinin həyat və sağlamlığına qarşı zorakılıq”) ilə təqsirli bilinib.

2019-cu ilin avqust ayında Moskvada o, sərxoş halda bir qadınla mübahisə edib. Bundan sonra mübahisəni sakitləşdirmək üçün ora polis çağırılıb. Ridin hadisə yerinə gələn polislərə qarşı fiziki müqavimət göstərdiyi iddia olunub.

Rid olayın baş verdiyi vaxt içkili olduğunu deyib. Hökm elan edilməzdən əvvəl bir daha araq içməyəcəyinə söz verib. ABŞ Konqresi bu işi “siyasi motivli” adlandıraraq, Rusiyanı onu sərbəst buraxmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər