“D-8” ölkələrinin toplantısından sonra açıqlama verən Misirin Baş naziri Mustafa Medbuli səyləri üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir baş nazirinin mətbuat xidməti məlumat yayıb.
İnkişaf etməkdə olan Səkkiz Ölkə (D-8) Təşkilatının 10-cu Zirvə Görüşünə qatılan Medbuli Prezident Əbdülfəttah əs-Sisinin adından açıqlama verib.
Medbuli ölkəsinin birgə maraqlara və hədəflərə çatmaq üçün “D-8”lə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyət verdiyini bildirib:
“Cənab Prezident Ərdoğana ölkəsinin “D-8”in dönəm sədrliyi dövründəki göstərdiyi səylərə görə təşəkkür edirəm”.
Banqladeşin ev sahibliyi etdiyi və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “D-8”in baş tutan zirvəsində təşkilata üzv ölkələrlə bağlı 2020-2030-cu illər üçün yol xəritəsi qəbul olunub. Görüşlə əlaqədar bəyanat yayımlanıb.
Qeyd edək ki, “D-8”ə Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan daxildir.