12 Aprel 2021 10:22
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanın statusunu zorla dəyişdirməyə çalışmanın çox ciddi xətası olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bəyan edib.

Çinin Tayvan məsələsində addımlarına diqqət çəkən Blinken Pekin hökumətinin təcavüzkar addımları və boğazlarda artan gərginliyin narahatlıq yaratdığını deyib.

Tayvana regionda sülh və təhlükəsizliyin yaranması üçün verdikləri sözün arxasında dayandıqlarını bildirən dövlət katibi əlavə edib ki, Tayvanda indiki status-kvonun zorla dəyişdirilməsinə cəhd etmək ciddi bir səhv olar.


Müəllif: Cavad

Oxşar xəbərlər