Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Baş nazir Nikol Paşinyanın yeni atom elektrik stansiyası (AES) tikmək təklifi ilə bağlı müzakirələr aparılır.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Cari il etibarlılıq müddətinin və atom elektrik stansiyasının istismar müddətinin uzadılması üzrə işləri başa çatdırmaq baxımından çox vacibdir”, - səfir vurğulayıb.
Paralel olaraq, məlim mövzu da daxil olmaqla, bu sahədə qarşılıqlı əlaqə məsələsi ətrafında müzakirələrin aparıldığını düşündüyünü deyib.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə Ermənistanda yeni AES tikmək imkanını nəzərdən keçirməyi təklif edib.