Rəsmi Vaşinqton Moskvaya qarşı yeni sanksiyaları təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, ABŞ-ın maliyyə təşkilatları Rusiyadan birbaşa qiymətli kağızların satın alınmasını həyata keçirə bilməyəcək. Sanksiyalar Rusiyanın Mərkəzi Bankına, Maliyyə Nazirliyinə və ölkənin suveren fonduna tətbiq olunur.
Bundan başqa, ABŞ Rusiyanın 10 diplomatını ölkədən çıxaracağını bəyan edib.