17 Aprel 2021 19:52
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, BayraktarTB2 silahlı pilotsuz uçuş aparatının dünyanın ən yaxşısı olduğunu qeyd edib.

"Türk mühəndisləri tərəfindən dizayn edilmiş və kodlanmış 40-dan çox kompüterdən ibarət robot təyyarəsi. Sinfində dünyanın ən yaxşısı! Köklərdən Göylərə ...", - deyə vurğulayıb.


Müəllif: Teleqraf.com