18 Aprel 2021 16:57
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Rusiya-Ukrayna sərhədindəki gərgin vəziyyətlə əlaqədar olaraq Kiyevə dəstək məqsədilə ingilis donanmasının gəmilərini Qara dənizə göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” Hərbi Dəniz Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, esmines və sualtı qayıq freqatı krallığın Dəniz Donanmasının Aralıq dənizindəki təyyarə gəmisi qrupundan ayrılaraq Bosfor boğazından Qara dənizə gedəcək.

Döyüş gəmilərinin Ukrayna sahillərinə yerləşdirilməsində məqsəd Londonun Kiyev və NATO-dakı müttəfiqləri ilə həmrəyliyini nümayiş etdirməkdir.

İngilis gəmilərinin may ayında Qara dənizə girəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu