NATO-nun növbəti zirvə görüşü iyunun 14-də Brüsseldəki NATO-nun mənzil qərargahında keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Baş katib bildirib ki, zirvə görüşü Avropa və Şimali Amerika arasında bağın həlqəsi olan NATO-nu gücləndirmək üçün fürsət olacaq.
Stoltenberq əlavə edib ki, müttəfiq ölkələrin liderlərinin zirvə görüşündə Rusiyanın zorakılıq meylləri, terror təhdidi, kiber hücumlar, iqlim dəyişikliyi, Çinin yüksəlişi kimi məsələlər müzakirə ediləcək, qərarlar qəbul olunacaq.
Qeyd edək ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının sonuncu zirvə toplantısı 2018-ci ildə Brüsseldə baş tutub.