23 Aprel 2021 22:27
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Avropa Birliyi (AB) ölkələri arasındakı diplomatik böhran getdikcə dərinləşir.

Teleqraf.com xəbər verir ki, Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Varşavanın üç rus diplomatı deportasiya etməsi qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN Varşavaya cavab olaraq, Polşanın Rusiyadakı 5 diplomatının deportasiya olunacağını bildirib.

Rusiyanın Polşadakı səfirliyinin üç əməkdaşı bundan əvvəl rəsmi Varşava tərəfindən “persona non qrata” elan edilib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rus diplomatlarının deportasiyasının Polşanın yox, ABŞ-ın marağında olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər