28 Aprel 2021 11:05
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yarım milyona qədər sakininin Rusiya pasportuna sahib olduğu Donbasda Ukrayna ilə müharibənin qarşısını almaq olar və alınmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Novosti” agentliyinə verdiyi müsahibədə deyib.

“Onların prinsipial yanaşmaları baxımından bu, bizdən və silahlılardan asılıdırsa, onda müharibənin qarşısını almaq olar və alınmalıdır”, - nazir bildirib.

Lavrov, eyni zamanda, Ukrayna tərəfi və ölkə Prezidenti Vladimir Zelenskinin adınan danışa bilməyəcəyini də vurğulayıb.

O, bundan əvvəl ATƏT-in Ukraynanı Donbas münaqişəsini dinc yolla nizamlamağa çağırmasının vacib olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər