5 May 2021 17:27
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq türkmanlarının yaşadığı Kərkük şəhərinin şimal-qərbindəki Bay Həsən bölgəsindəki neft quyularına hücum edilib.

Teleqraf.com xəbər verir ki, İŞİD tərəfindən edilən hücum zamanı bir polis öldürülüb, iki polis əməkdaşı yaralanıb.

Kərkük şəhərinin polis rəisi Əmir Nuri deyib ki, hücum İŞİD tərəfindən edilib, ərazidə yerləşən onlarla neft buruğundan ikisi hədəf kimi seçilib.

Hər iki quyuda yanğın çıxdığını bildirən polis rəisi artıq vəziyyətin nəzarət altına alındığını qeyd edib. O, eyni zamanda bölgədə əməliyyatlara başladıqlarını da bildirib.


Müəllif: Cavad