9 May 2021 13:44
1 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və ABŞ şərti Rusiya gəmilərinin hədəfə alındığı Qara dənizdə birgə hərbi təlim keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Odessaqdan 185 km məsafədə baş tutan təlimdə Ukrayna Dəniz Qüvvələri və ABŞ Sahil Təhlükəsizlik Xidmətinin döyüş gəmiləri iştirak edib. Təlimlərdə düşmənə hücum əməliyyatları məşq edilib.

Təlim ssenarisində Rusiya Hərbi Dəniz Qüvvələrinin iki “gəmisi” hədəfə alınıb. Rusiya gəmilərinin bölgədəki təhlükəli manevrlərinin qarşısının alınması məşqlərik icra olunub.

Hazırda Ukrayna və ABŞ gəmilərinin dənizdə qaldığı, birgə təlimlərə davam etdiyi bildirilib. Gəmilər sabah Odessa limanına çatacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər