Fransa Prezidenti Makrona və onun hökumətinə ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyinə dair xəbərdarlıq və təhdid edən hərbçilərin vəzifəsi əlindən alınır.
Teleqraf.com xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general François Lekointre “Valeurs Actueles” dərgisində yayımlanan və Prezident Makrona “vətəndaş müharibəsi” xəbərdarlığı edən müraciətə imza atan hərbçilərin istefasını tələb edib.
Qərargah rəisi bildirib ki, hökumətə xəbərdarlıq edən hərbçilərin düşüncələrini daha azad şəkildə ifadə etməsi baxımından formalarını çıxarması məntiqli olar.
Xatırladaq ki, son bir ayda təqaüddə və orduda olan hərbçilər Fransa Prezidenti Makrona üç dəfə xəbərdarlıq edib. Ölkə mediası hərbçilərin bu davranışını Makron hökumətinə qarşı qiyam kimi təqdim edib.