Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbnaycan-Ermənistan sərhədində baş verənlərlə əlaqədar Rusiya Prezidenti Vladimir Putindən kömək istəməyib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, Paşinyan kömək istəməyib. O, sərhəddəki vəziyyətdən narahat olduğunu dedi. Bu narahatlığı Putin də paylaşdı. Prezident Putin üçtərəfli razılaşmanın bütün müddəalarına, xüsusilə atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb”, - Peskov deyib.