16 May 2021 10:40
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu bu gecə HƏMAS-ın siyasi bürosunun rəhbəri Yahi Sinvar da daxil olmaqla təşkilat üzvlərinin Qəzza sektorunda yerləşən ofislərinə və evlərinə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Hücum edilən hədəflər arasında HƏMAS-ın siyasi bürosunun rəhbəri Yahi Sinvarın və onun qardaşı, Xan Yunisdə təşkilatın təmin edilməsindən məsul olan qardaşı Məhəmməd Sinvarın Qəzza zolağındakı evləri də var idi”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, mayın 15-də İsrail ordusu HƏMAS hərəkatının xüsusi əməliyyat qərargahı rəhbərinin evinə zərbə endirib və HƏMAS-ın siyasi bürosu rəhbərinin müavini Xəlil əl-Hayinin evini dağıdıb.

HƏMAS da öz növbəsində İsrailin Tel-Əviv və Aşdod şəhərlərinə raket zərbələrinin endirilməsi barədə məlumat yayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər