16 May 2021 16:39
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Moskvadakı səfirliyi bu ayın sonuna qədər səfirlikdə işləyən 90 muzdlu rusu işdən çıxaracaq. Səfirlikdə yalnız yerli işçilərlə bağlı 19 ştat mövcud olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonika deyib.

Səfir əlavə edib ki, Çexiya Rusiyaya qarşı dost olmayan ölkələr siyahısına daxil edildikdən sonra diplomatik nümayəndəliyin necə işləyəcəyi haqda fikir söyləməkdə çətinlik çəkir: “Praqa Moskvadan açıqlama gözləyir”.

Diplomat bildirib ki, Moskva Çexiyanı dost olmayan ölkələr siyahısına daxil etdikdən sonra Çex Respublikasının Rusiyadakı səfirliyinin və konsulluğunun praktiki iş baxımından nə dərəcədə mənalı olub-olmayacağını ifadə etməyib: “Rusiyanın reaksiyasını gözləyəcəyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər