Rusiyanın S7 aviaşirkəti yay mövsümünün sonunadək Türkiyəyə uçuşları ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” daşıyıcının Telegram-kanalına istinadən məlumat yayıb.
Agentlik əlavə edib ki, S7 hakimiyyət qurumlarının aviaəlaqəni bərpa edən kimi bilet satışını bərpa etməyə hazır olduğunu qeyd edib.
Bir gün əvvəl “Aeroflot” hökumətin qərarını gözləmədən Türkiyəyə uçuşlara tətbiq etdiyi məhdudiyyəti bir ay uzadıb.