Sentyabrın 16-dan ilk dəfə olaraq Qəzza zolağından İsrail ərazisinə raket zərbəsi endirilib.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, raket İsrailin cənubundakı Eşkol regionuna düşüb.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.