Moskvada Ermənistan-Rusiya siyasi məsləhətləşmələri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, Ermənistan nümayəndə heyətinə bu ölkənin xarici işlər nazirinin müavini Artak Apitonyan rəhbəlik edib.
Rusiya tərəfini isə bu ölkənin xarici işlər nazirinin müavinləri Sergey Verşinin və Aleksandr Qruşko təmsil edib.
Məsləhətləşmələr zamanı Ermənistan və Rusiyanın BMT, ATƏT və digər beynəlxalq platformalarda əməkdaşlığı məsələsi müzakirə edilib.
Tərəflər eyni zamanda regional təhlükəsizlik və sabitlik mövzusunda da fikir mübadiləsi aparıb.
Ermənistan xarici işlər nazirinin müavini Artak Apitonyan Azərbaycanla aparılan müharibədən sonra ortaya çıxan məsələlərə toxunub.
Tərəflər iki ölkə arasında beynəlxalq strukturlarda səmərəli əməkdaşlıq səviyyəsindən məmnun olduqlarını bildiriblər və əlaqələrin çoxtərəfli platformalarda daim dərinləşdirilməsinə dair razılığa gəliblər.