"Yutub" (“YouTube”) videohostinqi reklam roliklərini platformada yerləşdirilən bütün videolara inteqrasiya etməyə başlayacaq. Müvafiq məlumat şirkətin veb saytının “İstifadə şərtləri” bölməsində yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, yenilik bu il iyunun 1-dən tətbiq edilcək.
Hazırda reklamlar tərəfdaşlıq proqramına qoşulmuş kanalların videolarına yerləşdirilir. Tərəfdaşlıq proqramına qoşulmaq üçün iki şərt var: izləyici sayı ən azı min nəfər və il ərzində ümumi izləmə müddəti dörd min saat olmalıdır.
Yeni qaydaya görə, ABŞ xaricində yaşayan bütün kontent yaradıcılarının gəlirləri royalti sayılmağa başlayacaq və ABŞ qanunvericiliyinə əsasən vergiyə cəlb olunacaq. Gəlir əldə etmək üçün VÖEN-in məlumatlarını, hüquqi şəxsin və kanalın adı barədə məlumat verilməlidir.
Bu məlumatların verilməməsi halında hostinq gəlirin 24 faizə qədərini tuta bilər.