24 May 2021 10:39
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski SSRİ lideri İosif Stalinin İkinci Dünya Müharibəsi illərindəki səhvindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Qovorit Moskva” radiosuna müsahibəsində bildirib.

Onun fikrincə, Stalin anti-Hitler koalisiyasındakı müttəfiqlər tərəfindən İkinci Cəbhənin açılmasında israr etməməli idi.

Jirinovski qeyd edib ki, ABŞ və Böyük Britaniyadan təyyarələr, tanklar, qida və avtomobillər tələb etmək lazım idi: “1944-cü ilin yayında Sovet qoşunları onsuz da Avropadaydı, SSRİ hər şeyi darmadağın etmək üçün parçalayırdı, əraziləri ələ keçirə bilər, hamını diz çökdürə bilərdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər