Belarus aviaşirkətlərinə məxsus təyyarələrin Böyük Britaniyanın hava sahəsinə girməsi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, nəqliyyat naziri Qrant Şaps tviter hesabında Belarusun “Belavia” şirkətinin Böyük Britaniyanın hava məkanına xüsusi icazəsi olmadığı təqdirdə girməsinə icazə verilməyəcəyini və bu qanunun dərhal qüvvəyə mindiyini yazıb.