3 İyun 2021 16:28
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti xarici miqrantların rus dili, tarixi və ölkə qanunvericiliyinin əsaslarını minimum səviyyədə bilmələri üçün tələbləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sözügedən sənəd Rusiya hökumətinin rəsmi internet saytında dərc olunub.

Qərara görə, miqrantlar sosial, gündəlik və bəzi peşə mövzularında sərbəst şəkildə rus dilində danışmağı bacarmalıdır. Xüsusilə, bu, işə qəbul, xəstəxana və polisə müraciət üçün tətbiq olunacaq. Bundan başqa, miqrantlar rus dilində lazımi sənəd və müraciət blanklarını da doldurmağı bilməlidirlər.

Rusiya tarixi üzrə imtahandan keçərkən miqrantlar əsas tarixi hadisələr, böyük şəhərlərin adları və milli bayram günləri barədə biliklərinə görə sınanacaqlar. Bundan əlavə, ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə də tanış olmalıdırlar.

Tələblər Rusiyada müvəqqəti yaşamağı planlaşdıranlara da aiddir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər