3 İyun 2021 21:26
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Afrikada rus hərbi bazası layihəsində problemlərlə əlaqədar yeni məlumat verib.

Teleqraf.com xəbər verir ki, xarici işlər nazirinin müavini Mixail Boqdanov Sudanın baza ilə bağlı məsələyə yenidən baxmaq qərarı vermədiyini bildirib.

“Sudan bu məsələyə yenidən baxmır, çünki bu layihə qəbul edilməyib. Razılaşma hər iki tərəfdən təsdiqlənməyib, danışıqlar davam edir”.

Sudan iyunun 1-də Qırmızı dənizdə Rusiya hərbi bazasının yaradılması haqqında anlaşmanı yenidən nəzərdən keçirmək istədiyini açıqlayıb. Sudan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Osman əl-Hüseyn müqavilənin ölkənin keçmiş hökuməti ilə Rusiya arasında imzalandığını xatırladıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın bu məsələ ilə məşğul olacağını söyləyib.
Sözügedən sənəd Moskva və Xartum arasında 2020-ci ildə imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər