3 Noyabr 2014 10:40
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Hindistanla sərhədindəki Vagah sərhəd-buraxılış məntəqəsi yaxınlığında partlayış baş verib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 60 mülki şəxs nəfər ölüb, 110-u isə ağır yaralanıb. Ölənlərdən 10-u qadın, 7-i isə azyaşlıdır. Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etməyib.

Partlayış yaxınlıqdakı binalara da ciddi ziyan verib.

Pakistan baş naziri Navaz Şərif təcavüzü qətiyyətlə pislədiyini və hücum iştirakçılarının tezliklə qanun qarşısında cavab verəcəyinə ümid etdiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər