6 İyun 2021 22:57
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Vaşinqtonun “təcavüzkarlıq” hesab etdiyi hər bir hərəkətə cavab verəcəyi ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi bunu “Axios”a müsahibə zamanı söyləyib.

“Biz açıq şəkildə bildirdik ki, əgər Moskva bizə və müttəfiqlərimizə qarşı ehtiyatsız davranacaqsa, biz ölçü götürəcəyik”, - deyə Blinken bildirib.

Dövlət katibi, həmçnin, ABŞ-ın Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmaq istədiyini də sözlərinə əlavə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər