8 İyun 2021 12:31
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistandakı səfirliyi səfir Lin Treysi və Baş nazir Nikol Paşinyan arasında onun aprel ayında Sünikə (Zəngəzur) səfəri zamanı gizli görüşün keçirilməsini təkzib edib.

Teleqraf.com xəbər verir ki, səfirlikdən verilən açıqlamada diplomatın Sünikə səfərinin digər rəsmi şəxslərin səfərləri ilə heç bir əlaqəsinin olmadığını bildirilib. Qeyd olunub ki, səfir orada olarkən nə baş nazir, nə də prezident Armen Sərkisyanla görüşüb.

Diplomatik nümayəndəlikdən bildirilib ki, səfir pandemiya və hərbi əməliyyatlar nəticəsində vəziyyətlə tanış olmaq üçün şəxsən Sünikə gedib.

Ermənistan mətbuatının iddiasına görə, Paşinyanın Zəngəzura səfəri zamanı ABŞ səfiri artıq orada olub və otellərdən birində qapalı görüş keçiriblər. Görüşdə Azərbaycan tərəfinin nümayəndələrinin də iştirak etdiyi qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər